Qubada 52 yaşlı kişi evində yanaraq həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində baş verib.
Belə ki, kənd sakini Telman Mövlud oğlu Əhmədov avqustun 11-də yaşadığı evin mətbəxində baş vermiş yanğın nəticəsində xəsarət alıb.
Nəticədə o, dünyasını dəyişib. Quba rayon prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu