EN

“Araz-Naxçıvan” yenə yollarda qaldı, bir futbolçu səfərə aparılmadı

“Araz-Naxçıvan” Konfrans Liqasının cavab qarşılaşması üçün vətəni tərk edib.

Cümə axşamı “Omoniya” ilə qarşılaşacaq təmsilçimiz avqustun 11-dən 12-nə keçən gecə yola düşüb.

Avrokubok komandası bu dəfə də səfərə tranzit reysi ilə gedib. Bakıdan Afinaya yollanan nümayəndə heyəti oradan Larnakaya uçub. Larnakadan Nikosiyaya olan məsafə isə avtobusla qət edilib.

Cəza səbəbindən meydana çıxmaqdan məhrum olan Bəxtiyar Həsənalızadənin səfərə aparılmadığını xatırladaq.

“Araz-Naxçıvan” Nikosiyadakı “Hilton” otelində məskunlaşacaq.

Ötən həftə Bakıda baş tutan görüş 4:0 hesabı ilə “Omoniya”nın xeyrinə başa çatmışdı.

Avqustun 14-də “Nikosiya” stadionunda keçiriləcək cavab matçı saat 21:00-da start götürəcək.

HƏBİB

Chosen
75
27
sportinfo.az

10Sources