EN

“Apple”ı məhkəməyə verir

Amerikalı biznesmen İlon Mask “Apple” şirkətini məhkəməyə vermək niyyətindədir.

“Qafqazinfo” xəbər verir ki, milyarder bu barədə “X” hesabında paylaşım edib. 

O, sözügedən şirkəti antiinhisar qanunları pozmaqda günahlandırıb. 

Mask iddia edir ki, “Apple” “OpenAI” istisna olmaqla, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərə “AppStore” reytinqində birinci pilləyə yüksəlməyə imkan vermir. 

“Bu, birmənalı olaraq antiinhisar qanunvericiliyinin pzulmasıdır. xAI dərhal məhkəməyə müraciət edəcək”, - deyə o bildirib.

Chosen
10
1
qafqazinfo.az

2Sources