EN

Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda daha bir seminarı baş tutub

Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı çərçivəsində Bakıda “nage-no-kata” üzrə seminar keçirilib. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Tədbir BCF Akademiyasının təhsil direktoru, Avropa Cüdo Birliyinin baş kata komissarı Slavişa Bradiçin rəhbərliyi ilə baş tutub.

Təlim zamanı iştirakçılara “nage-no-kata”nın nəzəri əsasları, texniki icra qaydaları və tədris metodikası ətraflı izah olunub.

Praktiki məşğələlərdə məşqçilər hərəkət ardıcıllıqlarını yerinə yetirərək texniki dəqiqliyin artırılması və kata tədrisində qarşılaşılan çətinliklərin aradan qaldırılması üzrə tövsiyələr alıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
42
16
sia.az

10Sources