PSJ “Bornmut”un müdafiəçisi İlya Zabarni ilə müqavilə imzaladığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı ukraynalı ilə müqavilə 5 illikdir. Futbolçu parislilərin heyətində 6 nömrəli forma ilə çıxış edəcək.
Zabarni 2023-cü ildən “Bornmut”da çıxış edir. 2024/25 mövsümündə bütün yarışlarda 39 oyun keçirib və bir məhsuldar ötürmə edib.