İngiltərənin "Bornmut" klubunun müdafiəçisi İlya Zabarnıyın PSJ-yə keçidi rəsmiləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər 2030-cu ilə qədər müqavilə imzalayıblar.
Ukrayna millisinin üzvü bir gün əvvəl Parisdə tibbi müayinədən keçib.
PSJ Zabarnıyın transferini 63 milyon avroya başa vurub. "Bornmut" bonus olaraq daha 3 milyon avro ala bilər.
2023-cü ilin yanvarında ingilislər müdafiəçi üçün Kiyev "Dinamo"suna 22,7 milyon avro ödəyib.