EN

Məktəbəqədər təhsil müəssisələrinə qəbulu təsdiqlənən uşaqların sayı açıqlandı

ain.az bildirir, Avtosfer portalına istinadən.

İndiyədək ölkə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesi ilə bağlı 32 371 nəfərin sorğusu təsdiqlənib, 4 104 nəfər uşağın sorğusu isə təsdiq gözləyir.

Avtosfer.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2025-26-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qeydiyyatı prosesinə iyulun 18-də start verilib. 2025-26-cı tədris ilində ölkə üzrə 1 669 məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün proqnozlaşdırılan uşaq sayı 58 500 nəfərdir. Artıq uşaqların 70 faizi məktəbəqədər təhsil müəssisələrinə yerləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
64
18
avtosfer.az

10Sources