EN

“Bayer” niderlandlı futbolçu ilə gücləndi

“Bayer” yarımmüdafiəçisi Ernest Poku ilə müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı niderlandlı komandaya AZ-dan gəlib. Alman klubunun yeni futbolçu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.

2024/25 mövsümündə Poku AZ üçün bütün yarışlarda 42 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə edib. 

“Transfermarkt” oyunçunun transfer dəyərini 4 milyon avro qiymətləndirir.

Chosen
13
1
idmanxeber.az

2Sources