EN

“Mançester Siti” Savionu “Tottenhem”ə satmayacaq

"Mançester Siti"nin vingeri Savio "Tottenhem"ə keçməyəcək.

90deqiqe.Az-ın məlumatına görə,  “Spurs” 21 yaşlı futbolçu üçün "şəhərlilər"lə danışıqlar aparır. Lakin "Siti" futbolçunu satmaq niyyətində olmadığı üçün danışıqları dayandırıb və təklifi qəbul etməyib.

Ötən mövsüm Savio bütün turnirlərdə 48 oyun keçirib, 3 qol vurub və 13 məhsuldar ötürmə edib.

Braziliyalının "Mançester Siti" ilə müqaviləsi 2029-cu ilə qədərdir. Transfermarkt-ın məlumatına görə, hücumçunun bazar dəyəri 50 milyon avrodur.

Chosen
18
90deqiqe.az

1Sources