EN

Şamaxı ilə oyunun asan olmayacağını bilirik, amma... Elvin Camalov

Fanat saytına istinadən ain.az xəbər verir.

"Mövsümə böyük motivasiya ilə başlayırıq. Toplanış müddətində həm fiziki, həm də taktiki baxımdan ciddi şəkildə çalışmışıq". 

Bunu Fanat.Az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Yeni mövsümdə ilk oyununu Bakıda "Şamaxı"ya qarşı keçirəcək "ağ-qaralar"ın futbolçusu belə danışıb: "Komanda olaraq məqsədimiz hər oyunda maksimum nəticə qazanmaqdır. "Şamaxı" ilə oyunun asan olmayacağını bilirik, amma meydanda "Neftçi" adına layiq mübarizə aparacağıq. Azarkeşlərimizə yaxşı oyun fonunda qələbə sevinci yaşatmaq istəyirik”.

Qeyd edək ki, "Neftçi" – "Şamaxı" matçı avqustun 16-da "Neftçi Arena"da keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
50
fanat.az

10Sources