EN

Vətəndaş ayda marketdə ərzaq, içki və siqaretə 268 manat xərcələyib

Azpost saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 520.6 milyon manatlıq içki və tütün məmulatları satılıb.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.6% çoxdur.

Qeyd edək ki, ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224.5 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Xatırladaq ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
11
azpost.info

10Sources