EN

Soydaşımız Kaliforniyada keçirilən MMA döyüşündə qalib gəlib (FOTO)

Bakı. Trend:

ABŞ-də yaşayan azərbaycanlı MMA döyüşçüsü Mirmahmud SeyidzadəKaliforniyanın Stokton şəhərində keçirilən “209 Beatdown”turnirində qələbə qazanıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Kaliforniyadakı Azərbaycan icmasının fəal üzvüolan Mirmahmud, soyuqqanlılığı, dəqiqliyi və texniki üstünlüyü ilərəqibini məğlub edərək karyerasında önəmli bir nailiyyətə imzaatıb. Döyüşdən sonra üçrəngli bayrağımızı qürurla nümayiş etdirənidmançı, bu zəfəri həm Vətəninə, həm də onu dəstəkləyən insanlarahəsr etdiyini bildirib.

Qeyd edək ki, Mirmahmud Seyidzadə peşəkar idmançı olmaqlayanaşı, San Xose Dövlət Universitetində hüquq təhsili alantələbədir. O, dünyaca məşhur “American Kickboxing Academy”ninyetirməsidir. Məhz bu akademiya Həbib Nurməhəmmədov, Daniel “DC”Cormier və Cain Velasquez kimi tanınmış idmançıları yetişdirib.

Soydaşımız
Soydaşımız
Soydaşımız
Chosen
30
8
az.trend.az

10Sources