EN

7 ayda içki və tütün məhsullarına xərclənən vəsait açıqlanıb

2025-ci ilin yeddi ayında ölkədə pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 milyard 520.6 milyon manatlıq içki və tütün məmulatları satılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 0.6% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ay pərakəndə ticarət şəbəkələrində istehlakçılara 224.5 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manatlıq, o cümlədən 268,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 220,9 manatlıq qeyri-ərzaq malları alıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 447,7 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 56,1 manat çox olub.

Məlumata görə, içki ilə yanaşı qida məhsullarının istehsalında 10,8%, tütünün istehsalında isə 4,6% artım müşahidə olunub.

 "Üzüm şərabının istehsalı 42,7 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,6 faiz, siqaret istehsalı 14%, şəkərli qənnadı məmulatlarının istehsalı 13,2%, meyvə-tərəvəz konservlərinin istehsalı isə 1,6% artıb", - hesabatda qeyd olunub. 

Aytac

Chosen
34
11
anews.az

10Sources