EN

Ağdam şəhərində 5-ci yaşayış məhəlləsində 50 ədəd bina inşa olunacaq

Ağdam.Trend:

Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq.

Bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumatverib.

Onun sözlərinə görə, onlardan 40 ədədi çoxmənzilli yaşayışbinası, 10 ədədi isə qeyri yaşayış binasıdır:

“Həmin binalarda 1074 mənzil olacaq. Mənzillərin 5 ədədi 1otaqlı, 372 ədədi 2 otaqlı, 443 ədədi 3 otaqlı və 254 ədədi isə 4otaqlıdır. Bu yaşayış məhəlləsinə isə 3205 nəfərin köçürülməsiplanlaşdırılır. Bundan əlavə 5-ci yaşayış məhəlləsindəqeyri-yaşayış binaları da tikiləcək. Burada da uşaq meydançası,idman meydançası, istirahət meydançası və qazanxanalar olacaq”.

Məqalədə:
Chosen
100
3
az.trend.az

1Sources