EN

Ərəb Koordinasiya Qrupunun nümayəndə heyəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı.Trend:

İqtisadiyyat Nazirliyində Ərəb Koordinasiya Qrupuna (ƏKQ) daxilolan İslam İnkişaf Bankı Qrupu, Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəbİqtisadi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu və Beynəlxalqİnkişaf üzrə OPEC Fondunun ekspertlərindən ibarət nümayəndə heyətiilə görüş keçirilib.

Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadənxəbər verir.

"Görüşdə ölkəmizin Qrupa daxil olan maliyyə institutları iləuğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulanıb. Azərbaycandabiznesin inkişafı və investisiya qoyuluşları üçün yaradılmışəlverişli işgüzar mühit, potensial investisiya sahələri barədəməlumat verilib.

Nümayəndə heyəti Ərəb Koordinasiya Qrupunun Azərbaycanlaəməkdaşlığın genişləndirilməsinə önəm verdiyini bildirib. 2026-cıildə İslam İnkişaf Bankı Qrupunun illik toplantılarınınAzərbaycanda keçirilməsinin tərəfdaşlığın gücləndirilməsibaxımından əhəmiyyəti qeyd edilib", - deyə məlumatda qeydedilib.

Görüşdə mövcud işbirliyinin genişləndirilməsi və dövlətzəmanətli investisiya layihələrinin həyata keçirilməsi imkanlarımüzakirə edilib. Ərəb Koordinasiya Qrupunun dövlət zəmanətliinvestisiya layihələrinin maliyyələşdirilməsində fəal iştirakahazır olduğu nəzərə çatdırılıb.

Chosen
17
9
az.trend.az

10Sources