Bu il iyulun 1-nə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vaxtı keçmiş kreditləri 298,9 milyon manat təşkil edib.
Pravda.az Yurd.Media-ya istinadən xəbər verir ki, bu barədə bankın açıqladığı rüblük maliyyə hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 34,8% çoxdur.
Xatırladaq ki, iyunun sonuna Azərbaycanda 527,4 milyon manat problemli kredit olub ki, bu da 1 il əvvələ nisbətən 16,75% çoxdur. Başqa sözlə, vaxtı keçmiş kreditlərin 56,7%-i dövlət bankının payına düşüb.
Tarix: 12 Avqust 2025, 15:11