EN

Qaradağda insanların həyatını heçə sayan sürücü saxlanıldı VİDEO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lökbatan-Qobu yolunda təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, Qaradağ rayonu, Lökbatan-Qobu yolunda "Ford" markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər BDYPİ-də araşdırılıb.

Araşdırma nəticəsində yolda özü, sərnişinləri və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək, onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
27
news.milli.az

10Sources