EN

Zelenski xəbərdarlıq etdi - ruslar yeni hücuma hazırlaşır...


Rusiya ordusu müharibəni bitirməyə hazırlaşmır. O, dislokasiya yerlərini dəyişdirir ki, bu da yeni hücum əməliyyatlarına hazırlığın əlaməti ola bilər. Bu barədə Ukrayna Prezidenti Zelenskinin “Telegram” kanalında yazıb.

Dövlət başçısı Aİ liderlərinə Ukraynanı və müharibəni ləyaqətli sülhlə başa vurmağa kömək edə biləcək diplomatiyanı dəstəkləyən bəyanat qəbul etdiklərinə görə təşəkkür edib. ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin görüşü ərəfəsində Brüssel Ukraynanı dəstəkləyib.

“Biz görürük ki, Rusiya ordusu müharibəni bitirməyə hazırlaşmır. Əksinə, onlar yeni hücum əməliyyatlarına hazırlıqdan xəbər verən dislokasiya ilə məşğuldurlar. Belə bir şəraitdə vacib olan odur ki, dünya birliyi təhdid altında qalmasın”, -deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər prosesin bütün iştirakçıları tərəfindən müzakirə olunur.

Prezident əlavə edib ki, Rusiya qətlləri dayandırmaqdan imtina etdiyinə görə cavab verməlidir. Ruslar müharibəni və işğalı davam etdirərkən, Ukrayna və onun tərəfdaşları güc, sanksiyalar və diplomatiya yolu ilə təzyiq göstərməyə davam etməlidir.

Xatırladaq ki, Tramp və Putinin avqustun 15-də Alyaskada görüşü planlaşdırılır. Bundan əvvəl ABŞ Prezidenti etiraf etmişdi ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi çox güman ki, “müəyyən ərazi mübadiləsini” tələb edəcək. Amma o, Ukraynanın bəzi əraziləri qaytaracağını da qeyd edib.

Prezident Volodimir Zelenski ərazi güzəştləri təklifini də rədd edib. O, Ukraynanın “ərazilərini işğalçılara verməyəcəyini” vurğulayıb.

ZÜMRÜD

Chosen
39
50
baki-xeber.com

10Sources