EN

Milyonçu arvadını tava ilə döyüb öldürdü, meyiti yandırdı

ABŞ-ın Kaliforniya ştatında milyonçu öz arvadını qəddarlıqla qətlə yetirməkdə ittiham olunur.

Heftelik.az Lent.az-a istinadən verdiyi məlumata görə, 2025-ci il yanvarın 6-da tanınmış həkim Ayrin Qau-Lay, ərinə məxsus evin kabinetində baş vermiş yanğın nəticəsində ölü halda tapılıb. Həmin ev Los-Ancelesin nüfuzlu San-Marino qəsəbəsində yerləşir.

Avqust ayında məlum olub ki, qadının qətlə yetirilməsində onun 63 yaşlı həyat yoldaşı Yun Lay ittiham olunur. İstintaqın versiyasına görə, kişi həyat yoldaşını mətbəx tavası ilə döyərək öldürüb, daha sonra isə yanğın törədib.

Kişiyə həyat yoldaşını qətlə yetirmə ittihamı üzrə rəsmi ittiham irəli sürülüb. O, 2,25 milyon dollar məbləğində girov qoyub və məhkəmədə ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübut etmək niyyətində olduğunu bildirib.

Chosen
10
1
heftelik.az

2Sources