Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimdə Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının, ABŞ-ın Avropa və Afrikadakı Quru qoşunları və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.
Təlim tibbi təxliyə prosedurlarına diqqət yetirməklə sülhməramlı missiyalara hazırlıq və həyata keçirilməsinə yönəlib.
Ermənistanda keçirilən təlimlər avqustun 20-dək davam edəcək.
Qeyd edək ki, "Eagle Partner” təlimləri Ermənistanda 2023-cü ildən keçirilir.