EN

Elnur Rzayev Dədəli kəndində səyyar qəbul keçirib – FOTOLAR

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində səyyar qəbul keçirib.
Qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Chosen
25
2
7times.az

3Sources