EN

Zakir İbrahimov nazir təyin olunur?

Yaxın vaxtlarda “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun ekologiya və təbii sərvətlər naziri vəzifəsinə təyin olunması gözlənilir.

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, Zakir İbrahimovun namizədliyi ilə bağlı yaxınları tərəfindən müzakirələr aparılıb.

Qeyd edək ki, 2025-ci ilin fevral ayından bəri ekologiya və təbii sərvətlər naziri postuna təyinat yoxdur. Sabiq nazir Muxtar Babayev həmin tarixdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.

Bizim.Media

Chosen
52
10
bizim.media

10Sources