EN

Dua qadına varlanmağa kömək etdi: 2 milyon dollar qazandı

ABŞ-nin Cənubi Karolina ştatının sakini 20 dollara aldığı lotereya bileti ilə cek-pot udub.

Publika.az xəbər verir ki, uduşlar iki milyon dollar təşkil edib.

Kolumbiyalı qadın əvvəllər getmədiyi yerli yanacaqdoldurma məntəqəsinə gedib və lotereya bileti alıb. O, etiraf edib ki, qoruyucu təbəqəni cızmazdan əvvəl böyük bir qələbə ümidi ilə avtomobilində dua edib.

Bilet yoxlanılanda onun iki milyon dollar udduğu məlum olub. "Bileti qeydiyyatdan keçirən zaman əllərim titrəyirdi və uduşun özü əsl möcüzə, yuxunun gerçəkləşməsi kimi görünürdü", - qadın bildirib.

O, uduşunun bir hissəsini dərhal xeyriyyəçiliyə bağışlayıb. Uduşlu bileti satan yanacaqdoldurma məntəqəsi lotereya təşkilatçılarından 20 min dollar bonus alıb.
Chosen
86
2
sherg.az

3Sources