Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Hökməli yolunda qeydə alınıb.
Hadisə zamanı TIR-ın təkəri partlayıb, qəfil sağa meyl edib və yoldan çıxıb. Digər nəqliyyat vasitəsi də yoldan çıxmalı olub. Həmçinin yol kənarına əkilmiş ağaclar aşıb.
Ərazidən kadrları təqdim edirik: