Aktual.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
"Ukrayna müharibəsinin sonu yaxınlaşır, buna görə də Rusiya Kiyevlə Varşavanı qarşı-qarşıya qoymaq üçün hər şeyi edir. Ukraynalıların Polşaya qarşı neqativ jestləri və Polşada anti-Ukrayna əhval-ruhiyyəsinin qızışdırılması Putinin xarici agentlər və yerli axmaqlar tərəfindən həyata keçirilən ssenarisidir", - o vurğulayıb.