
Bu ilin yanvar-iyul aylarında ölkədə 72 milyard 429,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3% azalıb, qeyri neft-qaz sektorunda isə 3,1% artıb.
ÜDM istehsalının 35%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7%-i nəqliyyat və anbar təsərrüfatı, 6,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6%-i tikinti, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,1%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,9%-ini təşkil edib.
Qeyd edək ki, əhalinin hər nəfərinə düşən ÜDM isə 7 min 76,9 manata bərabər olub. Ötən ilin eyni dövründə bu göstərici 6 min 921,4 manat təşkil edib.
Elnur Əli