EN

Ukrayna Hərbi Kəşfiyyat rəisi Qara dənizdəki İlan adasına getdi -NƏ MƏQSƏDLƏ?..-VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi, general Kirill Budanov İlan("Zmeinıy") adasına gedib. 
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, general “Timur xüsusi təyinatlıları”nın döyüşçülərinin adadakı mövqelərini və Qara dənizdəki qaz hasilat platformalarını yoxlayıb.
 
Qeyd edildiyi kimi, Hərbi kəşfiyyatın rəisi akvatoriyanın müdafiəsinə cəlb olunan qüvvə və vasitələri yoxlayıb. Bunlar, xüsusən, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin və təhlükəsizlik və müdafiə qüvvələrinin digər komponentlərinin uğurlu əməliyyatları nəticəsində Ukraynanın qanuni nəzarəti altına qaytarılan “Qüllələr” adlanan yerlərdir.
Budanov həmçinin ümumi strategiya çərçivəsində gələcək fəaliyyətlərlə bağlı zabitlərlə görüş keçirib. Bundan əlavə, Qara dənizdə Rusiya ilə müharibə şəraitində Ukrayna dövlətinin müdafiəsində göstərdikləri peşəkarlıq və şücaətə görə “Timur xüsusi təyinatlıları”ndan olan BKİ döyüşçülərini mükafatlandırıb.
 
Səfər zamanı İlan adası və Ukraynanın Qara dənizdəki ərazi sularının Rusiya işğalçılarından azad edilməsi zamanı həlak olmuş əsgərlərin xatirəsi ehtiramla yad edilib.
 
"BKİ döyüşçülərinə və Ukraynanın bütün təhlükəsizlik və müdafiə qüvvələrinə eşq olsun! Dənizdə, quruda və səmada işğalçıya qarşı səmərəli mübarizəmiz bütün dünyaya sübut etdi ki, vahid Ukrayna xalqı ən güclü düşmənə belə, qalib gəlməyə qadirdir. Kim nə deyirsə desin, Ukraynanın gələcəyi yalnız bizdən asılıdır. Mübarizə davam edir", - deyə Kirill Budanov bildirib.
 
Bundan əvvəl Budanov mediaya Rusiyanın parçalanmasına inanıb-inanmaması haqda danışmışdı.
 
"Hazırda Rusiya Federasiyasının bir neçə hissəyə bölünəcəyi variasiyası qeyri-realdır. Mən burada və indiki zamandan danışıram. Ona görə də belə şeylər haqqında düşünmək ən azı tezdir", - o deyib.

 

S.Laçın
Chosen
96
50
moderator.az

10Sources