EN

Duası qəbul oldu: Lotereya biletindən 2 milyon dollar qazandı

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan kolumbiyalı bir qadın 20 dollarlıq lotereya bileti ilə inanılmaz uğura imza atıb.

O, tam iki milyon dollar məbləğində cekpot qazanıb.

Şanslı qadın uduşlu bileti yerli yanacaqdoldurma məntəqəsindən alıb. Onun sözlərinə görə, biletin qoruyucu təbəqəsini qazımamışdan əvvəl avtomobilində dua edib, içində bir ümid olduğunu və uğur qazanacağına inandığını bildirib.

"Bileti yoxlayanda əllərim titrəyirdi. Elə bildim yuxudur", - deyə o, hisslərini bölüşüb.

Qadın qazandığı böyük məbləğin bir hissəsini xeyriyyə məqsədləri üçün ayırıb. Lotereya biletinin satıldığı "City Fuel & Food" yanacaqdoldurma məntəqəsi də bu uğurdan pay alacaq. Qurum lotereya təşkilatçılarından 20 min dollar bonus qazanacaq.

Kənan
Milli.Az

Chosen
21
1
milli.az

2Sources