Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir.
QHT.az xəbər verir ki, Bakalavriat səviyyəsində 5 ixtisas – “Coğrafiya”, “Coğrafiya müəllimliyi”, “Turizm işinin təşkili”, “Geomatika və geodeziya mühəndisliyi” və “Hidrometeorologiya” ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.