Prezident İlham Əliyev Hicran Hüseynovanın təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
Gundem.az xəbər verir ki, sərəncama əsasən o, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".