EN

Ərdoğan və Zelenski arasında telefon danışığı oldu

Ajans.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Bu barədə Türkiyə mətbuatıda məlumat verilib. Ərdoğan İstanbulda keçirilən Ukrayna-Rusiya danışıqlarında irəliləyiş əldə olunmasını müsbət qiymətləndirib və növbəti mərhələlərdə atəşkəs üzrə nəticə əldə ediləcəyinə ümid etdiyini bildirib. O, Türkiyənin liderlər səviyyəsində sammitə ev sahibliyi etməyə hazır olduğunu, hərbi, humanitar və siyasi sahələrdə işçi qruplarının yaradılmasının bu yolda faydalı olacağını qeyd edib.

R.Ərdoğan həmçinin Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini davam etdirdiyini vurğulayıb.

Chosen
102
4
Ajans.az

10Sources