Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat verib.
Ərdoğan həmkarına İstanbulda keçirilən Ukrayna-Rusiya birbaşa danışıqlarında əldə edilən irəliləyişin vacibliyindən danışıb və atəşkəslə bağlı faydalı nəticələr gözlədiyini vurğulayıb.
Bundan əlavə, Ərdoğan liderlərin iştirakı ilə zirvə toplantısına ev sahibliyi etməyə hazır olduqlarını bildirib.