EN

NATO rəsmisi: Regional təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan və Ermənistanla yaxından işləyəcəyik

NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge Azərbaycanın və Ermənistanın alyansdakı nümayəndələri ilə görüşüb..

"Report" xəbər verir ki, bu barədə B.Ruge "X"də yazıb.

Bildirilib ki, tərəflər AzərbaycanErmənistan arasında avqustun 8-də Vaşinqtonda əldə olunan razılıqları müzakirə ediblər.

"NATO adından ErmənistanAzərbaycan səfirlərini ABŞ hökumətinin Vaşinqtonda təşkil etdiyi tarixi görüş münasibətilə təbrik etdim.
NATO bu irəliləyişi alqışlayır və tərəfdaşlığımızı qurmaq və regional təhlükəsizliyi təşviq etmək üçün həm Ermənistan, həm də Azərbaycanla yaxından işləməyə davam edəcək", - o bildirib.

Poliqon.info 

Chosen
88
7
poliqon.info

10Sources