EN

Şeşko “Mançester Yunayted”də 30 nömrə ilə çıxış edəcək

 “Mançester Yunayted”in hücumçusu Benjamin Şeşkonun  klubundakı forma nömrəsi müəyyənləşib.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sloveniyalı hücumçu Mançester təmsilçisində 30 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 21 yaşlı hücumçu daha əvvəl “Red Bull Zalsburq” və “RB Leyptsiq”də də məhz bu nömrə altında çıxış edib.

“Mançester Yunayted” 2025/2026 mövsümündə ilk oyununu 17 avqust bazar günü keçirəcək. Ruben Amorimin rəhbərlik etdiyi komanda Premyer Liqanın açılış turunda “Old Trafford”da “Arsenal”ı qəbul edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 19:30-dasəslənəcək.

Chosen
55
11
90deqiqe.az

10Sources