EN

Migel Anxel Moratinos Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansınınali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərinnormallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannaməninimzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Butarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh,sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqliknümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verirki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçünən güclü vasitə olaraq qalır.

Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki,Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanınmöhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçünyeni imkanların açılmasında əsas rol oynayacaqdır.

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar AlyansıAzərbaycan Respublikası və Ermənistan Respublikası arasındamünasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək vəəməkdaşlığa sadiq qalır.

Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərindavamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahişedirəm."

Chosen
16
5
az.trend.az

6Sources