EN

Zelenski: Ukrayna Donbasdan çıxmayacaq

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev mümkün ərazi mübadiləsi çərçivəsində Donbasdan çıxmaq niyyətində deyil. O, bu fikri jurnalistlərlə söhbətində, ABŞ tərəfindən təklif edilə biləcək variantları şərh edərkən səsləndirib.

“Biz Donbasdan çıxmayacağıq. Bunu edə bilmərik. Hamı unudur ki, ilk olaraq bizim ərazilərimiz qanunsuz olaraq işğal edilib”, – deyə Zelenski vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Donbas Rusiya üçün “gələcək yeni hücumun tramplinidir”.

,//Samir Qurbanov, Editor.az

Chosen
17
editor.az

1Sources