EN

Sumqayıt bazarından maşın aldı, çox keçmədi qaytardı...VİDEO

Sumqayıt bazarından avtomobil aldı... Qalan borcu ödəyə bilmədiyi üçün isə maşını geri qaytardı... İndi isə ona qaytarılmalı olan pulu ala bilmir...

Xezerxeber.az xəbər verir ki, hadisə Sabirabad sakini İsa Həsənovun başına gəlib.

İsa Həsənov deyir ki, Fərmayıl adlı şəxsi bazarda maşın satanların tövsiyəsi ilə tanıyıb. Elə maşını almağına da bu şəxs kömək edib.

Onun sözlərinə görə, ödədiyi 3000 manat məbləğin sadəcə yarısını istəməyinə baxmayaraq onu get-gələ salıblar.

Məsələ ilə bağlı sözügedən şəxslə əlaqə yaratdıq. Özünü Ceyhun Şahbazov kimi təqdim edən şəxs bildirdi ki, İsa Həsənovun iddiaları əsassızdır. Ondan heç kim maşını tələb etməyib, istədiyi vaxt da gəlib avtomobilini götürə bilər. Həmçinin, qeyd etdi ki, ona maşın almağa lizinq qaydaları ilə kömək olunub. Müqavilə sənədləri də var. Lakin həmin sənədləri təqdim etməkdən imtina etdi.

Daxili İşlər Nazirliyindən də "Xəzər Xəbər"ə bildirildi ki, İsa Həsənovun müraciəti qeydə alınıb. Hazırda məsələ ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
10
xezerxeber.az

1Sources