"Bu oyunlardan nəsə öyrənməyə çalışacağıq".
Operativ Media xəbər verir ki, bunu Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Beqiri jurnalsitlərin suallarını cavablandırarkən deyib.
O, "Qarabağ"ın daha yaxşı oynadığını qeyd edib:
"İlk növbədə "Qarabağ"ı və azarkeşlərini təbrik edirəm. "Qarabağ" qələbəyə layiq idi, bizdən çox yaxşı oynadılar. Oyuna gəldikdə, 1:5 uduzmuşuqsa, oyunla bağlı danışmağa çox sözüm yoxdur. Biz birinci hissədə çox pis oynadıq və 4 qol buraxdıq. Sabahdan oyunu analiz edəcəyik və Avropa Liqasının pley-off mərhələsi üçün motivasiya tapmağa çalışacağıq. "Qarabağ"a uğurlar arzulayıram".