EN

Livanın Sayda şəhərində Fələstin xalqına həmrəylik aksiyası keçirilib

Livanın Sayda şəhərində Qəzza zolağının sakinlərinə dəstək məqsədilə həmrəylik aksiyası təşkil olunub.

Aksiyanın əsas məqsədi İsrailin 22 ay davam edən siyasəti nəticəsində Fələstinlilərin yaşadığı insanlıq faciələrinə – soyqırıma, aclığa və dağıntılara diqqət çəkməkdir.

“Qəzza Günü” mövzusunda keçirilən tədbirin açılışı yerli qeyri-hökumət təşkilatlarının dəstəyi ilə və Sayda bələdiyyə rəhbəri Mustafa Hicazi’nin iştirakı ilə baş tutub.

Aksiyada iştirak edənlər Fələstin xalqına dəstək ifadə edib və İsrailin hücumlarını qətiyyətlə pisləyiblər. Tədbir çərçivəsində sərgilər təşkil olunub, dəstək sözləri səsləndirilib, həmçinin İsrail blokadası altında yaşayan Qəzza sakinlərinin çətinliklərini əks etdirən teatr tamaşaları nümayiş olunub.

//Samir Qurbanov, Editor.az

Chosen
21
editor.az

1Sources