EN

Putin Şimali Koreya lideri ilə Trampla gözlənilən danışıqları müzakirə edib

Rusiya Prezidenti Vladimir Putin KXDR sədri Kim Çen In ilə ABŞ lideri Donald Trampla gözlənilən danışıqları müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti ABŞ Prezidenti Donald Trampla keçiriləcək danışıqlar barədə məlumat verib”, - məlumatda bildirilir.

Qeyd edək ki, Putin və Tramp avqustun 15-də Alyaskada danışıqlar aparacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, liderlər Rusiya-Ukrayna böhranının həllini müzakirə edəcəklər. Bu gün Ağ Ev Putin və Trampın Ankoricdə görüşəcəyini açıqlayıb.
Chosen
109
50
sherg.az

10Sources