Avqustun 16-dan 30-dək Çimkənddə atıcılıq üzrə 16-cı Asiya çempionatı keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə Kazinform agentliyi Qazaxıstan Respublikasının Turizm və İdman Nazirliyinə istinadən məlumat yayıb.
Çempionatda 26 ölkədən 800-dən çox idmançı iştirak edəcək.
İki həftə ərzində “Shymkent Shooting Plaza” idman kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında Asiyanın ən yaxşı atıcıları “tapança”, “tüfəng”, “hərəkətli hədəf” və “stend atıcılığı” idman növləri üzrə çıxış edəcəklər.
Tədbir Qazaxıstan İdman Atıcılığı Federasiyası tərəfindən Qazaxıstan Respublikası Turizm və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Yarış zamanı 700-dən çox medal veriləcək.
QAZİLER.AZ