EN

Türkiyədə zəlzələ zamanı uçan binanın sahibi həbs EDİLDİ

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Balıkəsdir bölgəsində baş verən zəlzələ zamanı çökən binanın sahibi həbs olunub.

"Unikal" xəbər verir ki, bu barədə türk mətbuar məlumat yayıb.

Qeyd olunub ki,  Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələ zamanı Camikebir məhəlləsində 4 mərtəbəli binanın çökməsi ilə əlaqədar podratçı S.S. və sahibi İ.E.K. saxlanılıb. Polis idarəsində proses başa çatıb.

Şübhəlilər tibbi müayinələrin ardından Sındırgı ədliyyəsinə sövq edilib.

Binanın sahibi İ.E.K.  barəsində həbs qərarı verilib, podratçı S.S isə binanı tərk etməmək barədə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Xatırladaq ki, avqustun 10-da Balıkəsirdə Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdə 4 mərtəbəli bina uçub. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
2
unikal.az

3Sources