Gürcüstan prezidenti Mixail Kavelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrın 4-də Gürcüstan və Türkiyə milli komandaları arasında keçiriləcək futbol matçna dəvət edib.
Qaziler.az Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə Mixail Kavelaşvili Türkiyədə ölkə prezidenti ilə birgə keçirdiyi brifinqdə bildirib.
"Biz səmimi qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk və təbii ki, sizi Gürcüstana dəvət etdik, lakin yaxşı olardı ki, siz sentyabrın 4-də Gürcüstan-Türkiyə matçı üçün bizə baş çəkəsiniz və biz bunu birlikdə izləyə bilək. Əminəm ki, bu, çox gözəl oyun olacaq", - Mixeil Kavelaşvili bildirib.
Bundan əlavə, Türkiyə prezidenti brifinqdə qeyd edib ki, Gürcüstan-Türkiyə matçı ölkələr arasında münasibətləri daha da möhkəmləndirəcək.
Gürcüstan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində Boris Paiçadze adına “Dinamo Arena” stadionunda oyun keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
QAZİLER.AZ