EN

“Qarabağ” pley-offda bu klubla qarşılaşacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı komanda bəlli olub.

"Unikal" xəbər verir ki, III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu (0:0, 3:0) üstələyən Macarıstan təmsilçisi “Ferentsvaroş” Ağdam klubunun rəqibi olacaq.

Xatırladaq ki, “Qarabağ” sözügedən mərhələdə Şimali Makedoniya çempionu “Şkendiya” üzərində hər iki oyunun nəticəsinə görə 6:1 hesabı məğlub edərək pley-offa vəsiqə qazanıb.

Chosen
34
4
unikal.az

5Sources