EN

Husilər PUA larla İsrailə zərbələr endiriblər

ain.az, Olke.az saytına istinadən bildirir.

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri hərbi əməliyyatlarda altı pilotsuz uçuş aparatından (PUA) istifadə edərək İsraildəki dörd hədəfə zərbələr endiriblər.

“Ölkə.az” xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Sariya bildirib.

“Yəmənin Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları altı PUA-dan istifadə etməklə dörd hərbi əməliyyat keçirərək, Hayfa, Negeva, Umm -əl-Rəşraş və Beər Şeva bölgələrində düşmən İsrailin dörd mühüm hədəfini vurub”, - o, teleqram kanalında bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
4
9
olke.az

10Sources