EN

MİT Nazım Hikmətə məxsus o arxiv sənədini paylaşdı

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) şair Nazım Hikmət Rana aid olduğu güman edilən rəsm, şeir və imzadan ibarət arxiv sənədini paylaşıb.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, MİT-in rəsmi internet saytındakı “sənədlər” bölməsinə yeni kəşfiyyat məlumatı əlavə edilib. Arxiv sənədində Nazım Hikmətin imzası ilə 1950-ci il tarixli qeyd və onun “Dəvət” şeirindən misralar var.

“Dəvət” şeirinin misraları belədir:

Uzaq Asiyadan Aralıq dənizinə madyan başı kimi çapan bu torpaq bizimdir.

Biləkləri qan içində, dişləri sıx, ayaqları yalın, ipək xalçaya oxşayan diyar

Bu cəhənnəm, bu cənnət bizimdir.

Ağac kimi tək və azad, meşə kimi qardaşlıq içində yaşamaq,

Bu həsrət bizimdir.

Chosen
29
5
olke.az

6Sources