EN

Fransada bakteriya riski ilə əlaqədar bəzi pendir növləri satışdan yığışdırılır

Fransada “U” və “Lidl” supermarketlərində satışa çıxarılan bir neçə pendir partiyası “Listeria monocytogenes” bakteriyası ilə yoluxma riski səbəbindən yığışdırılır.

Bizim.Media xəbər verir ki, bunlar “Chene d’Argent” markasına aid “Camambert” keçi pendiri, “Coulommiers”, “Le Doucremeux”, “Le Carre 23%” pendirləridir.

İstehlakçılara bu pendirləri istehlak etməmək və müvafiq qurumların rəsmi xəbərdarlıqlarını izləmək tövsiyə olunub.

Qeyd edək ki, “Listeria” ciddi infeksiya xəstəliyidir və risk qrupuna daxil olan şəxslər, xüsusilə hamilə qadınlar, yaşlılar və körpələr üçün təhlükəlidir.

Bizim.Media

Chosen
83
2
bizim.media

2Sources