EN

Sinaqoqda atəş açan Nyu-York sakini 10 il həbs cəzasına məhkum edildi

BAKI, 13 avqust. TELEQRAF

Olbani şəhərində yerləşən sinaqoqda atəş açan Nyu-York sakini 10 il həbs cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, hadisə 2023-cü ilin dekabrında baş verib.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 29 yaşlı Mufid Fəvaz Əlxader qanunsuz silah əldə etmək, silahla dini ayinlərin sərbəst həyata keçirilməsinə mane olmaq maddələri üzrə mühakimə edilib.

Bildirilir ki, o, sinaqoqun girişinə yaxınlaşıb və "Azad Fələstin" deyə qışqıraraq havaya iki dəfə atəş atıb.

Əlxader üçüncü dəfə atəş açmağa çalışsa da, silah tıxanıb. O həmçinin sinaqoqun həyətindəki İsrail bayrağını cırmağa cəhd edib.

Cinayət işində şübhəli biliən digər şəxs olan Endryu Miller Əlxaderə silah əldə etməkdə köməklik göstərib. Miller 14 ay həbs cəzasına məhkum edilib.

Chosen
16
teleqraf.com

1Sources