EN

Karapetyanın ailəsi Ermənistan hakimiyyətinə qarşı 500 milyon dollarlıq iddia qaldırıb

Həbsdə olan biznesmen və xeyriyyəçi Samvel Karapetyanın ailəsi “Ermənistanın Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi işi üzrə Ermənistan hakimiyyətinə qarşı iddia qaldırıb. Bu barədə Karapetyanın hüquqlarını müdafiə şurasının “Facebook” sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir .

“Karapetyan ailəsi tələb edir ki, arbitraj məhkəməsi Ermənistan Respublikasını həm artıq dəymiş ziyanı, həm də gözlənilən zərəri ödəməyə məcbur etsin”, - nəşr qeyd edir.

İlkin hesablamalara görə, dəymiş ziyanın məbləği 500 milyon dollardır.

İyunun 18-də Samvel Karapetyan Ermənistanda saxlanılıb və ona respublikada hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. Samvel Karapetyan təqsirini boynuna almayıb.

Həmin gün İrəvan məhkəməsi Rusiya vətəndaşlığı olan iş adamını iki ay müddətinə həbs edib.

İyulun 3-də Ermənistan Milli Assambleyası hökumətə Karapetyanın “Ermənistanın elektrik şəbəkələri” şirkətini milliləşdirmək hüququ verən qanun qəbul edib.

Əziz Mustafa

Chosen
7
1
oxumeni.az

7Sources