EN

İtaliya 30 dan çox azyaşlı fələstinli uşağı müalicə edəcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Roma, 13 avqust, AZƏRTAC

Qəzza zolağından təxliyə edilən 30-dan çox fələstinli azyaşlı uşaq İtaliyada müalicə olunacaq.

AZƏRTAC xəbər verir ki, azyaşlıları daşıyan İtaliya Hərbi Hava Qüvvələrinə məxsus üç təyyarə paytaxt Roma, Milan və Pizadakı hava limanlarına enəcək. Uşaqları ailələri də müşayiət edəcək, ümumilikdə 120 nəfərədək fələstinli İtaliyaya gətiriləcək. Azyaşlılara İtaliyanın səhiyyə müəssisələrində lazımi tibbi yardım göstəriləcək.

Bu təşəbbüs İtaliyanın “Qəzza üçün ərzaq” layihəsinin bir hissəsidir. İndiyədək İtaliyada müalicə olunan fələstinli uşaqların sayı 180-i ötüb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
3
azertag.az

4Sources